BAKI, 26 mart. TELEQRAF

"Brent" markalı neftin fyuçers qiyməti yüksəlməkdə davam edir.

Teleqraf xəbər verir ki, 2026-cı ilin iyun ayı üzrə tədarük edilməsi nəzərdə tutulan "Brent" neftinin qiyməti Londonun ICE birjasında 5%-dən çox artıb.

Nəticədə neftin bir bareli 108,02 dollar təşkil edib.

*** 12:00

Londonun ICE birjasında 2026-cı ilin iyun ayı üzrə Brent nefti fyuçerslərinin qiyməti 3%-ə yaxın artıb.

Teleqraf xəbər verir ki, "Brent" neftinin qiyməti 2,86% artaraq bir barel üçün 105,14 dollar təşkil edib.

Eyni zamanda, 2026-cı ilin may ayı üzrə WTI xam neftinin fyuçerslərinin qiyməti 2,96% artaraq bir barel üçün 92,99 dollara yüksəlib.

*** 09:12

Londonun ICE birjasında mayda çatdırılmaq şərtilə “Brent” markalı xam neftin fyuçersləri 104,11 dollara yüksəlib.

Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 1,85% artıb.

2026-cı ilin may ayında çatdırılma şərtilə WTI xam neftinin fyuçerslərinin qiyməti 2.03% artaraq barel üçün 92.15 dollara qalxıb.