BAKI, 26 mart. TELEQRAF

Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin “New York Times” qəzetini Ukrayna ilə bağlı sülh təşəbbüslərinin işıqlandırılmasına görə tənqid edib.

Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, qəzet eyni mövzu ilə bağlı ziddiyyətli yanaşmalar sərgiləyir.

Dmitriyev əlavə edib ki, nəşr inandırıcı görünmək üçün Buddanın orta yolunu seçməlidir.