BAKI, 26 mart. TELEQRAF
İran mümkün ABŞ müdaxiləsinə qarşı Xark adasının müdafiəsini gücləndirir.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tehran adaya əlavə hərbi qüvvələr və hava hücumundan müdafiə sistemləri yerləşdirib, həmçinin ərazinin minalanmasına başlayıb.
Məlumata əsasən, Donald Trump administrasiyası İranı Hörmüz boğazını açmağa məcbur etmək üçün bu adanın ələ keçirilməsi variantını nəzərdən keçirir.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Tehranın Hörmüz boğazını Rusiya, Hindistan, Çin, İraq və Pakistan kimi dost ölkələr üçün açdığını bildirib. Onun sözlərinə görə, keçid yalnız düşmən ölkələrin gəmiləri üçün qadağandır.