BAKI, 26 mart. TELEQRAF
Livanda fəaliyyət göstərən şiə təşkilatı “Hizbullah” İsrail qüvvələrinə qarşı keçirilən əməliyyatlar zamanı bir sutkada səkkiz “Merkava” tankını vurduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, təşkilatın yaydığı məlumatda tankların idarəolunan raketlərlə hədəfə alındığı qeyd olunub.
“Döyüşçülərimiz gün ərzində Ət-Teybə və Əl-Qantara yaşayış məntəqələri ətrafında düşmənə məxsus səkkiz ‘Merkava’ tankını idarəolunan raketlərlə məhv edib”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, cənubun mərkəzi sektorunda şiddətli döyüşlər davam edir.
Məlumata görə, günün ikinci yarısında şiə qüvvələri İsrailin Beyt-Hillel, Naharija və Şomera yaşayış məntəqələrini də raket atəşinə tutub. Bu ərazilərdə Livandakı əməliyyatlarda iştirak edən hərbi bölmələrin yerləşdiyi vurğulanıb.