BAKI, 26 mart. TELEQRAF

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.62% dəyər qazanaraq 2.9704 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 2.22% azalaraq 53.07 avro olub.