ABŞ administrasiyası Ukraynadan təhlükəsizlik zəmanətlərinin verilməsi müqabilində qoşunlarını Donbasdan çıxarmağı tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Volodymyr Zelenskyy Reuters agentliyinə açıqlamasında deyib.

“Amerikalılar bu zəmanətləri yüksək səviyyədə yekunlaşdırmağa hazırdır, lakin bunun üçün Ukrayna Donbasdan qoşunlarını çıxarmağa hazır olmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Zelenski daha əvvəl Donbasdan imtinanın Ukrayna cəmiyyətində parçalanmaya səbəb ola biləcəyini vurğulayıb.

O, həmçinin hazırda Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmaq imkanının olmadığını etiraf edib.