BAKI, 25 mart. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 14 və 15 mayda Çinə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Tramp Pekində Çin Prezidenti Si Cinpinlə görüşəcək.

Həmçinin qeyd olunub ki, Çin Prezidentinin də bu ilin sonlarında ABŞ-yə səfəri gözlənilir.