BAKI, 25 mart. TELEQRAF

Düşmən İran adalarında hərbi əməliyyatlar apararsa və ya münaqişəni başqa cür şiddətləndirərsə, İran "başqa bir cəbhə aça" və ya Bab əl-Məndəb boğazı üçün real təhlükə yarada bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Mənbə əlavə edib ki, Bab əl-Məndəb boğazı dünyanın strateji boğazlarından biri hesab olunur və İranın ona çox real təhlükə yaratmaq qabiliyyəti var.