BAKI, 25 mart. TELEQRAF
Ukraynada hərbi təlim mərkəzləri yaradılacaq. Hərbi dərslər cinsindən asılı olmayaraq bütün məktəblilərə və tələbələrə tədris olunacaq.
Teleqraf yerli mətbuata istinadla xəbər verir ki, müvafiq qanun layihəsi Ali Rada tərəfindən ikinci və son oxunuşda qəbul edilib.
Sənədə əsasən, tələbələr üçün əsas hərbi hazırlıq təhsil prosesinə inteqrasiya olunacaq "hərtərəfli sistem"lə əvəz olunacaq.