BAKI, 25 mart. TELEQRAF

Bu gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumlarını dəf edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 24 mart Moskva vaxtı ilə saat 23:00-dan 25 mart Moskva vaxtı ilə saat 7:00-dək həyəcan siqnalı verən hava hücumundan müdafiə qüvvələri 389 PUA zərərsizləşdirib.

Ukrayna PUA-larının Rusiyanın 14 bölgəsində məhv edildiyi bildirilir.