BAKI, 25 mart. TELEQRAF

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan yığma səfərdə Litva millisi ilə qarşılaşıb.
Kaunasdakı "Raudondvario" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 millisi martın 28-də Şimali İrlandiyaya ilə qarşılaşacaq.