BAKI, 25 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxıldığı bildirilən 5 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hədəflər ölkənin Şərq vilayəti üzərində məhv edilib.
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri İran PUA-larını aşkar edərək vaxtında zərərsizləşdirib.