BAKI, 26 mart. TELEQRAF
İsrail Livanın cənubunda bufer zonası yaradır.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu, ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün edilir.
"Livanın cənubunda "Hizbullah"a qarşı aktiv əməliyyatlar davam edir. Məqsədimiz İsrailin şimalının təhlükəsizliyini təmin etmək üçün güclü bufer zonası yaratmaqdır".