BAKI, 25 mart. TELEQRAF
Tramp administrasiyası müharibəyə son qoymaq yollarını müzakirə etmək üçün bu həftə sonu İran tərəfi ilə görüş keçirməyi düşünür. Görüşdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin də iştirakı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının iki rəsmisinə istinadən məlumat verir.
Kanalın xəbərinə görə, danışıqların tarixi, yeri və iştirakçıları hələ də müzakirə olunur. Pakistanla yanaşı, Türkiyə də nəzərdən keçirilir və bəzi rəsmilər İslamabada mümkün səfərlə bağlı təhlükəsizlik narahatlıqlarını ifadə edirlər.
CNN qeyd edir ki, hər iki ölkə mövcud diplomatik prosesdə vasitəçi kimi çıxış edib.