BAKI, 25 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasının üzvlərini ABŞ və İsrailin ölkəsinə qarşı addımlarını qətiyyətlə pisləməyə çağırıb.

Teleqraf xəbər verir ki, Əraqçi xüsusilə Rusiya və Çindən prinsipial mövqe gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu ölkələr ABŞ-nin Təhlükəsizlik Şurasındakı mövqeyindən sui-istifadə etməsinin qarşısını almalıdır.

Nazir qeyd edib ki, İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən ABŞ-İsrail aqressiyasına qarşı açıq və qəti mövqe nümayiş etdirməsini gözləyir.

Məlumata görə, Əraqçi bu fikirləri Çin xarici işlər naziri Van İ ilə görüşü zamanı səsləndirib.