BAKI, 22 mart. TELEQRAF

Bağdadın qərbindəki Hay əl-Əmal rayonunda İrana dəstək aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, iştirakçılar İraq bayraqlarını və öldürülmüş ali lider Əli Xameneinin portretlərini qaldırıblar.

Əhalisinin əksəriyyəti şiə olan bu bölgə İrana yaxınlığı ilə seçilir. İraq dövləti İrana qarşı əməliyyatlarda neytral mövqe sərgiləsə də, şiə əhali ABŞ və İsrailə qarşı kəskin etirazlarını bildirməkdədirlər.