BAKI, 16 may. TELEQRAF

İranın Belarusdakı səfiri Əlirza Sanei ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində 125 mindən çox mülki obyektin zədələndiyini və ya dağıldığını bildirib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Səfirin sözlərinə görə, ABŞ tərəfi İranda təxminən 24 min obyekti hədəf seçib.

“125 min 600 mülki obyekt - mağazalar, yaşayış evləri və mənzillər zədələnib və ya dağıdılıb”, - deyə Əlirza Sanei bildirib.

O qeyd edib ki, zərbələr nəticəsində 220 uşaq həyatını itirib. Onlardan 17-nin beş yaşdan kiçik olduğu vurğulanıb.

Diplomatın sözlərinə görə, həlak olanlar arasında 259 qadın da var.