BAKI, 15 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çinə etdiyi üçgünlük rəsmi dövlət səfərini yekunlaşdıraraq xüsusi reyslə ölkəsinə qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Qeyd edilib ki, Ağ Ev rəhbərinin Çinə səfəri kifayət qədər sıx qrafiklə müşayiət olunub.
Çin Xarici İşlər Nazirliyindən verilən bəyanatda isə bu səfərin iki ölkə lideri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə ciddi töhfə verdiyi qeyd olunub.