BAKI, 22 mart. TELEQRAF
İranın paytaxtı Tehran şəhərinin qərb və cənub-şərq hissələrində çoxsaylı partlayışlar qeydə alınıb, şəhərin şərqində də güclü partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayışların hansı obyektlərdə baş verdiyi, vurulan ziyanın miqdarı və yaralananların olub-olmaması barədə hələlik dəqiq məlumat yoxdur. Hadisə şəhərin müxtəlif bölgələrində eyni zamanda baş verib.