BAKI, 21 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı həyata keçirdiyi "Gerçək vəd - 4" əməliyyatının 72-ci dalğasının başladığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni dalğa çərçivəsində İsrailin şimal və qərb hissələrinə zərbələr endirilib. Bununla yanaşı, ABŞ ordusunun beşinci dəniz donanmasına doğru "Qədr" və "İmad" raketləri buraxılıb.