BAKI, 21 mart. TELEQRAF
Hörmüz boğazında gəmilərin hərəkətinin bərpa edilməsi üçün ABŞ və İsrail İrana hücumu dayandırmalıdır.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Qətərin "Əl-Ərəbi" televiziya kanalı İran xarici işlər nazirinin sözlərini sitat gətirib : "Fars körfəzi bölgəsində və Hörmüz boğazında normal vəziyyəti bərpa etmək üçün Amerika və İsrail hücumları dayandırılmalıdır".