BAKI, 18 mart. TELEQRAF

Gürcüstan Pravoslav Kilsəsinin müvəqqəti rəhbəri vəzifəsini metropolit Şio icra edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Məlumata görə, metropolit Şio hələ Katolikos-Patriarx II İliyanın sağlığında taxt-tacın canişini təyin edilib. O, vəzifəsinin icrasına mərhum II İliyanın vəsiyyətnaməsi açıldıqdan sonra başlayacaq.

Qeyd edək ki, Moskvadakı Müqəddəs Tixon Pravoslav İnstitutunun məzunu olan metropolit Şio ənənəvi dəyərlərin müdafiəçisi kimi, LGBT və abortlar əleyhinə kəskin mövqeyi ilə tanınır.

2023-cü ildə metropolit Şioya qarşı sui-qəsd cəhdi olub, onu zəhərləməyə çalışıblar. Gürcüstan müxalifətinin nümayəndələri metropoliti rusiyayönlü siyasi mövqedə ittiham edirlər.