BAKI, 13 mart. TELEQRAF
Tehranın bir neçə ərazisində partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, paytaxtda hava hücumundan müdafiə sistemləri işləyir. Partlayışlar şəhərin mərkəzində və şimalında baş verib, lakin hələlik ziyan barədə məlumat yoxdur.