BAKI, 11 mart. TELEQRAF
İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatı tezliklə başa çata bilər, çünki İslam Respublikasında demək olar ki, heç bir hədəfimiz qalmayıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib.
Tramp qeyd edib ki, İrana qarşı əməliyyat ABŞ-nin istədiyi vaxtda bitəcək:
"Müharibə yaxşı gedir. Biz qrafikdən xeyli irəlidəyik. Hətta əvvəlcə planlaşdırılan altı həftəlik dövrdə belə mümkün hesab etdiyimizdən daha çox ziyan vurmuşuq".
Tramp ABŞ-nin Tehrana qarşı hərbi əməliyyatını qisas adlandırıb: "Bu, qisasdır. Onlar bu qədər asanlıqla qurtula bilməyəcəklər"