BAKI, 10 mart. TELEQRAF

İrana qarşı hərbi əməliyyat zamanı təxminən 150 amerikalı hərbçi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu rəqəmlər Amerika hakimiyyətinin rəsmi rəqəmlərindən bir neçə dəfə çoxdur. ABŞ hökuməti bu günə qədər 8 hərbçinin ağır yaralandığını açıqlayıb.

"Reuters"in məlumatından sonra Pentaqon İrana qarşı əməliyyat zamanı təxminən 140 ABŞ hərbçisinin yaralandığını təsdiqləyib.

"Epik qəzəb" əməliyyatının başlanğıcından bəri 10 günlük fasiləsiz hücumlar nəticəsində təxminən 140 ABŞ hərbçisi yaralanıb", – Pentaqonun mətbuat katibi Şon Parnellin bildirib.

Məlumata əsasən, xəsarət alanlardan 108-i artıq xidmət yerinə qayıdıb, 8 nəfərin vəziyyəti isə ağırdır.