BAKI, 10 mart. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof İrana qarşı hərbi əməliyyatın necə başa çatacağını bilmədiyini etiraf edib.
Teleqraf xəbər verir ki, o, CNBC-yə müsahibəsində bildirib: "ABŞ düşünür ki, İran hələlik münaqişəyə diplomatik yolla həllinə hazır deyil. Prezident Donald Tramp ünsiyyətə açıqdır. Sual budur ki, onlar diplomatik həll yoluna çatmaq istəyirlərmi? İndiyə qədər olan dəlillər "yox" deyir. Əgər İran danışıqlar istəsəydi, Tramp buna açıq olardı. Amma hələlik yalnız güc vasitəsilə sülh məntiqlidir", - deyə o əlavə edib.