BAKI, 10 mart. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində İngiltərənin “Liverpul” komandasını qəbul edib.

Teleqraf xəbər verir ki, “Ali Sami Yen Spor Kompleksi”ndə baş tutan gərgin mübarizə “sarı-qırmızılar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 7-ci dəqiqədə Mario Lemina vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 18-də İngiltərədə, "Enfild" stadionunda keçiriləcək.