BAKI, 10 mart. TELEQRAF
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Teleqraf xəbər verir ki, A. Bayraktar bu barədə "X"dəki hesabında yazıb.
"Nikol Paşinyan və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri cənab Davit Xudatyan ilə Parisdə görüş keçirdik. İnfrastruktur və enerji məsələləri ətrafında da fikir mübadiləsi apardıq. Bu çərçivədə başda elektrik interkoneksiyası, nüvə enerjisi və təbii qaz olmaqla birgə fəaliyyət sahələrini müzakirə etdik" - məlumatda qeyd olunur.
Ermenistan Başbakanı Sn. Nikol Paşinyan ve Bölgesel Yönetim ve Altyapı Bakanı Sn. Davit Khudatyan ile Paris'te bir görüşme gerçekleştirdik.
— Alparslan Bayraktar (@aBayraktar1) March 10, 2026
Görüşmemizde, bölgemizde kalıcı barış ve istikrara katkı sağlayacak altyapı ve enerji konularını; bu kapsamda başta elektrik… pic.twitter.com/IP35SIkVaK