BAKI, 10 mart. TELEQRAF
İranın ərazi bütövlüyü qorunmalıdır. Heç kim İslam respublikasının parçalanmasında maraqlı ola bilməz.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Qüdsə səfəri zamanı deyib
Onun sözlərinə görə, heç kimin xaosda, vətəndaş müharibəsində və ya İranın dağılmasında marağı yoxdur: "Bizə regiondakı dövlətlərin və insanların təhlükəsizliyini, xüsusən də vacib ticarət marşrutu olan dəniz yollarını təmin edən regional sülh nizamı lazımdır".
Almaniya xarici işlər naziri İsrailin Livandakı şiə təşkilatı Hizbullaha qarşı hücumlarına toxunaraq, israilli həmkarı Gideon Saardan Hizbullaha qarşı mübarizədə Livan hökuməti ilə əməkdaşlıq etməsini və Livanın mülki infrastrukturunu qorumasını istədiyini bildirib.
Qəzza zolağındakı vəziyyətə də toxunan Vadeful deyib: "İranla bağlı münaqişə fonunda belə, 2 milyondan çox insanın acınacaqlı vəziyyəti nəzərdən qaçırılmamalıdır. Humanitar vəziyyət hələ də ağır olaraq qalır. Qəzza üçün sülh planı dayandırılmamalıdır. Əsas məsələ HƏMAS-ın tərksilah edilməsi olmalıdır".