BAKI, 10 mart. TELEQRAF

İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı ölüb.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Bildirilir ki, hadisə martın 8-i səhər saatlarında diplomatların müvəqqəti qaldığı oteldə baş verib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani baş katib Antonio Quterreşi Beyrutda dörd iranlı diplomatın qətlinə görə İsraili qınamağa çağırıb.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik hadisəyə münasibət olaraq bildirib ki, diplomatlar və diplomatik obyektlər hücum hədəfi olmamalıdır.