BAKI, 10 mart. TELEQRAF
İranda müharibə başlayandan bəri öldürüldüyü, edam edildiyi və ya İsrailə sığındığı barədə çoxsaylı iddia irəli sürülən Qüds Qüvvələri komandanı İsmayıl Qaani ilə bağlı rəsmi açıqlama yayılıb.
Teleqraf-ın xəbərinə görə, İranın İraqdakı səfiri Məhəmməd Kazım Əli Sadiq onun vəzifə başında olduğunu bildirib.
"Qaani hazırda döyüş meydanındadır və əməliyyatları koordinasiya edir", - deyə səfir qeyd edib.