BAKI, 10 mart. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Briqadası (SEPAH) İsrail və ABŞ bazalarına qarşı 35-ci qisas hücumu dalğasını elan edib.
Teleqraf xəbər verir ki, SEPAH ABŞ və İsrail hərbi hədəflərinə qarşı 34-cü zərbə dalğasının başa çatdığını elan edib.
"Bu mərhələdə üç növ adi raket və bir növ hipersəs raketdən istifadə edilib. Zərbə dalğası Əbu-Dabi yaxınlığındakı Əl-Zəfra hava bazasında, eləcə də Bəhreyndə yerləşən Cuffair hava bazasında yerləşən Amerika hərbçilərini hədəf alıb. Bir neçə İsrail bazası, xüsusən də Ramat David hava bazası və Hayfa mülki hava limanı da zərbələrə məruz qalıb. Təl-Əvivin şərqində Bnei Brak ərazisindəki İsrail ordusunun gizli raket mərkəzləri İran raketləri ilə vurulub", - deyə məlumatda qeyd olunur.
İsrail və ABŞ bazalarına qarşı 35-ci qisas hücumu dalğası barədə məlumat verən İran dövlət televiziyasının bəyanatında deyilir: "Gerçək Vəd 4" Əməliyyatının 35-ci dalğası Amerikanın Təl-Əvivdəki və işğal olunmuş Qüdsdəki Beyt-Şemeşdəki bazalarındakı hədəflərə "Fəttah", "Emad", "Xeybər" və "Qədr" strateji raketlərinin buraxılması ilə həyata keçirildi".