BAKI, 10 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə raket zərbəsi endirməsi nəticəsində 6 nəfər ölüb, azı 13 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Məlumata görə Ukraynanın atdığı "Storm Shadow" raketləri ilə mikroelektronika zavodu hədəf alınıb.