Fevralın 28-də hərbi əməliyyatlar başlayandan bəri İranda ən azı 15.000 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Təsnim" agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, 12.495 nəfəri tibbi yardım alaraq evə buraxılıb, 670 nəfər əməliyyat olunub, 1682 yaralı isə xəstəxanaya yerləşdirilib.