BAKI, 10 mart. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, baş tutan telefon danışığı zamanı Yaxın Şərqdəki mövcud vəziyyət geniş müzakirə edilib.

S. Lavrov Rusiyanın gərginliyin ən qısa zamanda azaldılması ilə bağlı prinsipial mövqeyini bir daha həmkarının diqqətinə çatdırıb. O qeyd edib ki, Rusiya tərəfi həm İranın, həm də regional qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq münaqişənin siyasi-diplomatik nizamlanmasına kömək etməyə hazırdır.

Sergey Lavrov həmçinin vurğulayıb ki, bölgədəki hərbi eskalasiyanın dayandırılması və tərəflər arasında diplomatik kanalın bərpası üçün lazımi dəstək göstəriləcək.