BAKI, 10 mart. TELEQRAF
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, liderlər Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrandakı münaqişə Ukraynada sülh prosesinə mane olmalıdır.
Türkiyə dövlət başçısı danışıqların gecikmədən davam etdirilməsinin faydalı olacağını və Ukraynanın yaralarının sağalmasının, yenidənqurma işlərinə başlamağın və davamlı təhlükəsizliyin təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Ərdoğan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin Türkiyə üçün çox vacibliyini, enerji infrastrukturunun və limanların qorunmasını təmin edəcək atəşkəsin tərəflər arasında etimadın qurulmasına töhfə verə biləcəyini söyləyib, Türkiyənin bunun üçün bütün mümkün dəstəyi verəcəyini bildirib.