BAKI, 10 mart. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndə ABŞ bazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
"SEPAH ABŞ-nin iki hərbi obyektinə - Bəhreyndə yerləşən Əl-Cufayr ərazisinə və BƏƏ-dəki Əl-Dəfra hava bazasına zərbələr endirib" - məlumatda qeyd olunur.