BAKI, 5 mart. TELEQRAF

İran hərbi komandanlığı strateji əhəmiyyətli Hörmüz boğazının bağlanması barədə yayılan məlumatları rəsmən təkzib edərək, gəmilərin hərəkətinə maneə törədilmədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, İran Hörmüz boğazını bağlamayıb və su yolundan istifadə edən bütün xarici gəmilərlə qarşılıqlı əlaqə bütün beynəlxalq dəniz protokollarına uyğun şəkildə davam etdirilir.