BAKI, 28 fevral. TELEQRAF
Əfqanıstanla müharibə zamanı Pakistanın bir təyyarəsi də vurulmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan İnformasiya və Yayım Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, fevralın 26-dan Pakistanla Əfqanıstan arasında başlanan silahlı qarşıdurma sonradan tammiqyaslı müharibəyə çevrilib.
Son həftələrdə Əfqanıstanda yerləşən terror qrupları Pakistanda hüquq-mühafizə orqanlarına qarşı böyük tələfatla nəticələnən terror aktları həyata keçirib.
Cavab olaraq Pakistan Əfqanıstan ərazisində terror qruplarının mövqelərinə zərbələr endirib.