BAKI, 28 fevral. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Rusiya ilə sülh danışıqlarının başlanması üçün ilkin şərtin Ukraynada atəşkəs olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.

“Yeganə ilkin şərt var idi: əgər biz sülhdən danışmaq istəyiriksə, ən azı silahlar susmalıdır”, - deyə Merts qeyd edib.

Kansler Rusiya rəhbərliyi ilə danışıqlara hazır olduğunu bildirsə də, hazırkı şəraitdə belə təmasların mənasız olduğunu vurğulayıb.