BAKI, 28 fevral. TELEQRAF
Apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul edilib.
“Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.