BAKI, 28 fevral. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İsrail Dövlətinə səfərlə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarının İsrail Dövlətinə səfər etməkdən çəkinmələri tövsiyə olunur.
Hazırda bu ölkədə olan vətəndaşlardan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur. Həmçinin vətəndaşlara kütləvi toplaşma yerlərindən uzaq durmaq və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb.
Əlavə edilib ki, hər hansı bir fövqəladə vəziyyət ilə bağlı Azərbaycan vətəndaşları ölkəmizin İsraildəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.