BAKI, 27 fevral. TELEQRAF

Əfqanıstan silahlı qüvvələri Pakistanın hərbi obyektləri və nüvə mərkəzinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Pakistan tərəfində ciddi dağıntılar qeydə alınıb, ölənlərin və yaralıların olduğu bildirilir. Əfqan mənbələrinin iddiasına görə, hədəf alınan nöqtələr arasında ölkənin strateji əhəmiyyətli hərbi obyekti və nüvə mərkəzi də var.