BAKI, 24 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp media orqanlarında yayılan və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin onu İranla uzunmüddətli münaqişədən çəkindirdiyi barədə məlumatları həqiqətə uyğun olmayan adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində qeyd edib ki, yayılan bu informasiya 100 faiz yalan adlandırıb. ABŞ Prezidenti bildirib ki, general Keyn, hamı kimi, müharibə istəmir, lakin İrana qarşı hərbi əməliyyatlar barədə qərar verilərsə, onun fikrincə, qələbə qazanmaq asan olacaq.

ABŞ Prezidentinin sözlərinə görə, Den Keyn onu İrana qarşı hərbi əməliyyatlardan çəkinməyə çağırmayıb və həmçinin yalnız məhdud zərbələr variantını da irəli sürməyib.

Tramp vurğulayıb ki, mediada İrana qarşı mümkün müharibə ilə bağlı yazılanların hamısı məqsədli şəkildə yanlış təqdim olunub.