BAKI, 19 fevral. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremizmdə günahlandırılaraq həbs edilmiş Nataliya Levayanı əfv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Pul Pervogo" Telegram kanalı məlumat yayıb.

"Dövlət başçısı humanizm prinsiplərinə əsaslanaraq və məhkum qadının durumunu (hamilə olmasını) nəzərə alaraq əfv fərmanı imzalayıb" - məlumatda qeyd olunur.

Əfv komissiyasının rəhbəri Olqa Çuprisin sözlərinə görə, Natalya Lukaşenkoya əfv ərizəsi ilə müraciət edib.

38 yaşlı Natalya Levaya 2021-2022-ci illərdə ekstremist qruplara 4400 Belarus rublu köçürdüyünə görə altı il müddətinə azadlıqdan məhrum edilib.