BAKI, 19 fevral. TELEQRAF

ABŞ Sülh Şurasındakı Belarus nümayəndə heyətinə viza verməkdən imtina edib

Teleqraf xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nümayəndə heyəti bütün prosedurları yerinə yetirsə də, onlara 19 fevralda Sülh Şurasının ilk iclasında iştirak etmək üçün viza verilməyib. Buna görə də xarici işlər naziri Maksim Rıjenkov Sülh Şurasının ilk iclasında iştirak edə bilmədi" - deyə məlumatda qeyd olunur.

Xarici İşlər Nazirliyi bəyan edib ki, təşkilatçılar tərəfindən hətta protokol qaydalarına riayət edilmədiyi üçün hansısa əməkdaşlıq və sülhdən danışmaq yersizdir.