BAKI, 19 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron mayın 4-də Ermənistana iki günlük səfər edəcək.
Teleqraf "News.am"a istinadən xəbər verir ki, o, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
Emmanuel Makron sonuncu dəfə İrəvana 8 il əvvəl, 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak etmək üçün gəlmişdi. Bundan əvvəl Fransa Prezidentləri Ermənistana 4 dəfə səfər ediblər. Jak Şirak 2006-cı ildə, Nikola Sarkozi 2011-ci ildə, Fransua Olland isə 2014 və 2015-ci illərdə İrəvanda olublar.