BAKI, 18 fevral. TELEQRAF
“Nyukasl”ın futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqası (ÇL) tarixinə düşüb.
Teleqraf-ın məlumatına görə, 25 yaşlı hücumçu bu rekord göstəriciyə Bakıda “Qarabağ”a qarşı keçirilən oyunda “poker” edərək nail olub.
O, matçın 3, 32, 34 və 45+1-ci dəqiqələrində fərqlənib.
Qordonun 33 dəqiqəyə vurduğu “het-trik” Çempionlar Liqasında ingilis futbolçular arasında ən sürətlisi kimi tarixə düşüb. O, ÇL-də “het-trik” edən üçüncü “Nyukasl” futbolçusu olmaqla yanaşı, bunu pley-off mərhələsində bacaran ilk oyunçu olub.
Bununla da Entoni Qordon turnirdə vurduğu qolların sayını 10-a çatdırıb.
Qeyd edək ki, hazırda davam edən oyunda hesab 6:1 qonaqların xeyrinədir.