BAKI, 16 fevral. TELEQRAF
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda iştirak etmək üçün bu axşam Cenevrəyə yola düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Russkaya Mysl" jurnalının xüsusi buraxılışının təqdimatında bildirib.
Qrupun rəhbəri Rusiya prezidentinin köməkçisi Dmitri Medinskidir.
Nümayəndə heyəti 20 nəfərə qədər genişləndirilib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirak edəcəyi danışıqlar 17-18 fevral tarixlərində keçiriləcək.
Dialoq əvvəlcədən planlaşdırıldığı kimi BMT-nin qərargahında deyil, "Inter Continental" otelində keçiriləcək.