BAKI, 16 fevral. TELEQRAF
Sankt-Peterburqda meymunçiçəyi simptomları ilə xəstəxanaya yerləşdirilən iki nəfərin Tailanddan turist səfərindən qayıtdığı məlum olub.
Teleqraf xəbər verir ki, "RİA Novosti" agentliyinin məlumatına görə, bu barədə Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə regional idarəsi açıqlama verib.
Qurumun “Telegram” kanalında bildirilib ki, xəstələr dərhal infeksion stasionara yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir və həyat üçün təhlükə yoxdur.
Məlumata görə, Rospotrebnadzor hadisə ilə bağlı epidemioloji araşdırma aparır və bütün zəruri əks-epidemik tədbirlər həyata keçirilir. Təmasda olmuş şəxslər dairəsi daimi tibbi nəzarət altındadır və infeksiyanın yayılmasının qarşısı alınıb.
Qeyd edək ki, daha əvvəl RT mənbəsi də Sankt-Peterburqda meymunçiçəyi simptomları olan iki nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.